Qafqaz Universiteti ilə “DəmirBank” ASC arasında Əməkdaşlıq müqaviləsi imzalanıb

Qafqaz Universiteti ilə “DəmirBank” ASC arasında Əməkdaşlıq müqaviləsi imzalanıb


, baxılıb - 1078 dəfə

Karyera Planlama Mərkəzinin təşəbbüsü ilə “DəmirBank” ASC və Qafqaz Universiteti arasında birgə fəaliyyətlə bağlı Əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanma mərasimində “DəmirBank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov, Qafqaz Universitetinin Rektoru Prof.Dr Ahmet Saniç və digər rəsmi nümayəndələr iştirak edib. Müqaviləyə əsasən Təqdim olunan təqvim-plana əsasən tələbələrin istehsalat təcrübəsi keçməsi üçün şirkətdə yer ayırmalı. Hər bir iş yerində tələbələri təhlükəsiz iş şəraiti ilə təmin etməli. Əməyin mühafizəsi üzrə zəruri olan təlimatlandırmanı (ilkin və müvafiq sənədlər tərtib olunmaqla iş yerində təlimatlandırma) həyata keçirməli, lazım gəldikdə isə təcrübəçi tələbələrə təhlükəsiz iş üsullarını öyrətməli. İstehsalat təcrübəsi zamanı tələbələrə bədbəxt hadisə baş verərsə, onları “İstehsalatda bədbəxt hadisələrin təhqiqi və qeydiyyatı barədə Əsasnamə”yə müvafiq olaraq təhqiq və qeyd etməli. Tələbələrin istehsalat təcrübəsi proqramında nəzərdə tutulmayan və onların ixtisaslarına uyğun olmayan vəzifələrdə istifadə olunmasına yol verməməli. Müəssisə, təşkilat, idarənin bölmələrində istehsalat təcrübəsinə rəhbərlik etmək üçün  ixtisaslı mütəxəssislər təyin etməlidir. Təcrübəçi tələbələrə və universitet müəllimlərinə təcrübə rəhbərlərinə müəssisə, təşkilat, idarənin bölmələrində olan və tələbələrin istehsalat proqramını müvəffəqiyyətlə qavraması və fərdi tapşırıqları yerinə yetirməsi üçün lazım olan bütün kabinet, kitabxana, texniki və digər sənədlərdən istifadə etmələrinə icazə verməlidir. 

Bölmənin digər xəbərləri