Məzunlar

    

     Məzunlarının işlə təmin olunması nisbətinə görə Universitet haqlı olaraq qürur hissi keçirir. 1998-ci ildə ilk yetirmələrinin işlə təmin olunmasına nail olmuş Universitet sonrakı illərdə də məzunlarının taleyinə biganə qalmır. Bu məqsədlə qurulmuş xüsusi mərkəzin səyləri nəticəsində bu günə qədər Universiteti bitirmiş tələbələrin 85 faizi artıq işlə təmin olunmuş, geriyə qalan qisminin böyük əksəriyyəti isə ölkə daxilində və xaricində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir. İş dünyası ilə sıx əlaqə saxlayan Universitet tez-tez yerli və xarici şirkət rəhbərləri ilə işgüzar görüşlər keçirir. Tələbələrinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlərdə və Türkiyədə təcrübə keçmələrinə şərait yaradır. Universitetdəki ciddi nizam-intizamı, güclü maddi-texniki bazanı, eləcə də tədrisdəki obyektivliyi təqdir edən şirkətlərin özləri birbaşa Universitetə müraciət edir. BP-nin Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə bağlanmış müqaviləyə əsasən şirkətin gələcək kadrlarını Universitet tələbələri arasından seçməsi buradakı təhsilin keyfiyyətinin ən bariz dəlilidir.