Fəxri Doktorlar 

 

Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Köksal Toptan    

 Təhsil əlaqələri başda olmaqla Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında və iki qardaş dövlət arasında dostluğun möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərinə görə Qafqaz Universitetinin 23.11.2007-ci il tarixli Elmi şurasının qərarı ilə Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Köksal Toptan Qafqaz Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

 

 

Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu ən-Nəcə

 Təhsil əlaqələri başda olmaqla Azərbaycan və Misir Ərəb Respublikası arasında əlaqələrin inkişafında və iki qardaş dövlət arasında dostluğun möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərinə görə Qafqaz Universitetinin 26.12.2007-ci il tarixli Elmi şurasının qərarı ilə Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu ən-Nəcə Qafqaz Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.