Laboratoriyalar  

 

 Kimya labarotoriyaları:

Təməl işləmlər laboratoriyası

Təməl işləmlər laboraotiyası tələbələrə, kimya mühəndisliyinin təməl prinsiplərini öyrənməyə və bunları praktikada yerinə yetirməyə imkan verir. Laboratoriya özündə sənaye əhəmiyyətli avadanlıqları ehtiva edir. Bu avadanlıqlara distillə kalonu ( fraksiyalı və birbaşa ), əksaxın prinsipli istilik mübadilə, ion mübadilə, qaz absorpsiya və maye-maye ekstraksiya kalonu, membran ayırıcı, püskürtməli (sprey) qurutma maşını aiddir. Bu mexanizm tələbələri böyük miqyaslı istehsal prosesləri ilə tanış etmək üçün nəzərdə tutulmuşdur. Bu laboratoriyada tələbələr qruplar şəklində işləyir və dərsdə öyrəndikləri bilikləri təcrübələrlə möhkəmləndirirlər.


Texnoloji proseslər laboratoriyası

Texnoloji proseslər laboratoriyası kimyəvi, fiziki, və bioloji proseslərin kompyuter texnologiyası vasitəsi ilə layihələndirilməsi, istiqamətləndirilməsi, idarə olunması və optimallaşdırılması üçün nəzərdə tutulmuşdur. Texnoloji proseslər ümumiyyətlə kimya mühəndisliyinin bir qolu kimi qəbul olunur və neft kimyası, mineral emalı, texnoloji materiallar, qida, farmaseptika və bioloji sənayeni özündə ehtiva edir.

Fiziki kimya laboratoriyası

Laboratoriyada fiziki kimaya ilə bağlı tədqiqatlar etmək üçün kifayət qədər müasir cihazlar mövcuddur. Tələbələrin sərbəst işləyə biləcəyi cihazların əksəriyyəti komputer dəstəklidir. Bu cihazlara ion mübadilə sistemi, adsorbsiya, karbon diokisid mühitində korroziyanın tədqiqi cihazı və s. daxildir.

Üzvi kimya laboratoriyası

Üzvi kimya laboratoriyası mühazirələrdə öyrəndilmiş biliklərin tətbiq edilməsi üçün idealdır. Tam təchiz olunmuş laboratoriya sizə yüksək keyfiyyətli elmi araşdırmalar aparmaq üçün şərait formalaşdırır.


Analitik kimya laboratoriyası

Analitik kimya metod və idealardan ibarət olan, elmin və tibbin bütün sahələrində tətbiq olunan hesablama elmidir. Analitik kimya bütün elm sahələrinin inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də analitiklərdən kimya və fizika sahəsində geniş elmi biliyə və böyük təcrübəyə malik olmaq tələb olunur. Laboratoriyamızda kimyanın bu sahəsində müasir tədqiqatları edə biləcəyimiz hər növ avadanlıqlar vardır.


Ümumi kimya laboratoriyası

Laboratoriya  Ümumi kimyanın əsas mövzularının prinsip və anlayışlarını öyrətmək üçün nəzərdə tutulmuşdur. Bundan başqa laboratoriya tələbələrin məlumatların yığılması və analizi, təcrübə hesabatının hazırlanması və məlumat kitablarından istifadəni də aşılayır. Kurs ərzində tələbələrə laboratoriyada təhlükəsizlik texnikası qaydaları və dəqiq laboratoriya üsulları öyrədilir.

Sərbəst istifadəyə açıq komputer labororotiyası

Universitetdə 40 kompüterlik sərbəst istifadə laboratoriyasında tələbələr asudə vaxtlarında İnternet vasitəsilə tədqiqat işləri apara bilir, ev tapşırıqları, kurs işlərini yerinə yetirirlər. Kompyuter laboratoriyalarında mütəmadi olaraq Proqramlaşdırma və İnformatika üzrə universitet daxili və Respublika olimpiadaları, kompyuter kursları, həmçinin İnformatika üzrə müəllimlərin təkmilləşdirmə layihələri üzrə təlimi həyata keçirilir.


 İnformatika dərsləri Laboratoriyaları

Qafqaz Universitetində tədris məqsədilə hər birində 30 kompyuter olmaqla 4 kompyuter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar multimedia projektoru ilə təchiz edilmişdir. Kompyuter laboratoriyalarında İnformatika və proqramlaşdırma dilləri tədris olunmaqla yanaşı, həmçinin bir çox bölmələrdə ixtisas fənlərinin kompyuter mühitində tədrisi prosesi də həyata keçirilməkdədir. Bütün kompyuterlər lokal şəbəkədə birləşdirilmiş və mərkəzi server vasitəsilə İnternet şəbəkəsinə qoşulmuşdur.

 

 CISCO CCNA Laboratoriyası

Universitetdə 18 kompyuter və CISCO avadanlıqları ilə təchiz olunmuş bir CISCO CCNA laboratoriyası fəaliyyət göstərir və bu laboratoriya da multimedia projektoru ilə təchiz edilmişdir. Burada İnformatika və proqramlaşdırma dilləri tədris olunur. Bütün kompyuterlər lokal şəbəkədə birləşdirilmiş və mərkəzi server vasitəsilə İnternet şəbəkəsinə qoşulmuşdur.


 Dövrə nəzəriyyəsi və elektronika Laboratoriyası

Bu laboratoriya dövrə nəzəriyyəsi, elektronika və məntiq layihələndirilməsi dərslərinin təcrübi işlərinin yerinə yetirilməsi üçün lazım olan 20 MHz-lik iki kanallı osilloqraflarla, funksional generatorlarla, məntiq treynerlərlə, iki kanallı qida mənbələri və rəqəmsal multimetrlərlə təchiz edilmişdir. Burada eyni zamanda elektron dövrələrinin layihələndirilməsi və sinaqdan keçirilməsi üçün uyğun şərait və avadanlıqlar mövcuddur.

 

 Sinxron tərcümə metodik kabineti


 

 Ərəb dili və ədəbiyyatı metodik kabineti


 Ərəb dili kabineti universitetimizin “Ərəb dili və ədəbiyyatı” bölməsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kabinetdə ərəbcə müxtəlif lüğətlər, ərəb dilinin qrammatikası və ədəbiyyatı ilə bağlı  azərbaycan, ərəb, türk və rus dillərində çoxlu sayda dərsliklər, kitablar, qəzetlər ilə zəngin kitabxana, kompüterlər, multimediya və poreksiya avadanlıqları tələbələrin istifadəsinə verilmişdir. Bundan başqa kabinetdə tələbələr televizor və peyk antenası vasitəsi ilə bir çox ərəb kanallarını izləyə bilirlər.
Yaxın gələcəkdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin köməkliyi ilə labaratoriyamızın imkanlarının daha da artırılması planlaşdırılır.

 

 IKT Elmi tədqiqat mərkəzi

 

 

GSM texnologıyaları laboratoriyası