Qafqaz Universitetinin qarşısında duran vəzifə bütün növ kitabxana materialını ən müasir və texnoloji vasitələr ilə tələbələrimizi tanış etməkdir. Kitabxana, həmçinin, tələbələr və bütün akademik tərkibə özlərinin professional və mənəvi keyfiyyətlərini artırmaq üçün təhsil və tədqiqat sahəsində fəaliyyət göstərir. Universitetimiz tələbələrin təhsil, tədqiqat və elmi inkişaf sahəsində inkişafına tam və dəqiq köməkliyi təmin edir.

 Kitabxanamızda bütün kitablar dewey Sinifləşdirmə Sistemi (DOSS) üzrə yerləşdirilmişdir. Kitabxanamız zəngin məlumat bazaları, disketlər, CD video-kasetləri, e-dərgilər, dərgilər, e- kitablar və kitablar ilə təchiz olunmuşdur. Çox sayda məlumat bazalarından istifadə etmiş kitabxanamız hal-hazırda 8 beynəlxalq məlumat bazasından istifadə edir ki, bunlar da bizim təhsil materialları ilə birlikdə təqdim edilir. Həmçinin, daha müxtəlif məlumat bazasına abunə olmaq işinə səy edilir.