Universitetin ictimaiyyətlə əlaqələr işi onun cəmiyyət ilə əlaqəsini inkişaf etdirmək, ictimaiyətlə sağlam və məhsuldar əlaqələr quraraq və bu əlaqələri inkişaf etdirərək özünü cəmiyyətə tanıtdırması məqsədilə göstərilən fəaliyyətdir.

İctimaiyyətlə əlaqələr işi universitetin əlaqə qurduğu şəxs yaxud da qrupların anlayış, simpatiya və dəstəyini qazanmaq və bunu davam etdirmək üçün həyata keçirdiyi daimi və təşkilatlanmış bir idarəetmə funksiyasıdır.

İctimaiyyətlə əlaqələr işinin məqsədi ictimaiyyətə məlumat vermək, qurumu maraqlandıran informasiyanı toplamaq, onu analiz etmək və rəhbərliyin doğru qərarlar almasına yardımçı olmaqdır.

Əsas məqsədimiz isə qurumun ictimaiyyət arasında imicini yüksəlıtmək, ictimaiyyətin dəstək və inamını qazanmaq və bunu davam etdirməkdir.

İctimaiyyətlə əlaqələr işi ehtiyac olduqda qurumun adını səsləndirən, şöhrətini artıran reklamlardan (inistitusional reklam) istifadə edilə bilər, qurum haqqında xəbər xarakterli məlumatları telekommunikasiya qurumları vasitəsilə yaymaq üçün də fəaliyyət göstərir.

İctimaiyyətlə əlaqələr işində əsas prinsip dürüstlükdür, həm qurumdaxili, həm də xarici mühit ilə ünsiyyət qurmaq və ya mövcud olan əlaqələrini inkişaf etdirmək üçün göstərdikləri səylərin cəmidir.