Tədqiqat mərkəzləri

Azərbaycanın ali təhsil müəssisələri içərisində xüsusi yeri olan Qafqaz universitetinin əməkdaşları yüksək səviyyəli tədris işləri ilə yanaşı dünya miqyaslı elmi-tədqiqat işləri də yerinə yetirir. Elmi işlər Qafqaz Araşdırmalar İnstitutu, Sosial və Humanitar Elmlər İnstitutu, iki Elmi Tədqiqat  Mərkəzi, müvafiq kafedra əməkdaşları və tələbələr tərəfindən aparılır.

Sevindirici haldır ki, Qafqaz universiteti əməkdaşlarının elmi işlərinin nəticələri  Amerika, Avropa və Asiyada nəşr olunan yüksək reytinqli elmi jurnallarda dərc olunur. Bununla yanaşı alimlərimizin tədqiqat işləri  universitetimizin “Journal of Qafqaz University”elmi jurnalında da nəşr olunur. Jurnalımızın elektron versiyası   Russian Periodicals Catalog, Directory of Open Access Journals, Middle East Virtual Library, The International Consortium for the Advancement of Academic Publication, JournalSeek, Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO,  Indexcopernicus,  ASOS kimi mötəbər elmi internet veribazalarına daxil edilmişdir.

Təsadüfi deyildir ki Google axtarışının elmi tədqiqat axtarış sistemi olan Google Scholarda Azərbaycanla əlaqəli elmi tədqiqatlarların əhəmiyyətli bir hissəsini “Journal of Qafqaz University” tərəfindən  daxil edilmiş məqalələr təşkil edir. Məhz bu səbəbdən elmi içtimaiyyətdə  yüksək nüfuza malik olan jurnalımızda Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Singapur, ABŞ və diğər  ölkə alimlərinin  məqalələri dərc olunmuşdur.