İşgüzar görüşlər


Qafqaz Universitetinin İş Dünyası ilə əlaqlərini inkişaf etdirmək üçün istər dövlət, istərsə də özəl sektora aid qurumlarla mütəmadi olaraq görüşlər keçirilir. Bu görüşlər istənilən tərəfin təklifləri əsasında baş tuta bilər. Belə görüşlərdə həm universitetin, həm də müəsisə və ya şirkətin maraqlarını əks etdirən razılaşmalar əldə edilir. Həmin razılaşmalar əsasında gələcəkdə Universitet – İş Dünyası əlaqələri müxtəlif formada həyata keçirilən fəaliyyət sahələrimizdə öz əksini tapır.


Fəaliyyət sahələrimiz 


  • Təqaüd proqramları

Ayrı-ayrı şirkət və ya müəsisələrin təklif etdiyi təqaüd proqramlarında fəal iştirak təmin edilir. Şirkətlərlərin sosial proqramlarında bu sahənin inkişaf etdirilməsi tövsiyə edilməklə yanaşı,  onların tətbiq edəcəyi təqaüd proqramlarında Qafqaz Universiteti tələbələrinin iştirakına zəmin hazırlanır.

  • Aylıq seminarlar

Mütəmadi olaraq Elm, Dövlət və İş Dünyasında uğur qazanmış şəxslərin müvafiq ixtisasda oxuyan tələbələrlə səmimi ortamda görüşləri təşkil edilir. Burada dəvət olunan şəxs tələbələrə həyat və iş təcrübəsi, karyera qazanma yolları, iş dünyasının tələbləri, eləcə də həra hansı müəyyənləşdirilmiş sahə haqqında geniş məlumat verilir. Debat xarakterli bu görüşlərdə tələbələrin interaktivliyi tam təmin edilir.



  • Beynəlxalq və respublika olimpiadalarında fəal iştirak

Universitetdə tələbələrinin respublika və beynəlxalq olimpiadalarda iştirakı təmin edilir. Olimiadalara hazırlıq üçün iştirakçı tələbələrə əlavə kurslar verilir.

  • Günlük təcrübə gəzintiləri 

Tədrisdə praktiki şəraitdə verilən tədrisə hər zaman üstünlük verilir. Bu mənada Qafqaz Universitetində tələbələrin praktiki təcrübələrinə xüsusı diqqət yetirməklə yanaşı, günlük təcrübə gəzintilərini də tətbiq edir. Bu məqsədlə müxtəlif şirkət və ya müəssisələrə təcrübə xarakterli gəzintilər təşkil edilir.

  • Tələbə dərnəkləri ilə iş birliyi

KPM ilə fəaliyyət sahələri üst-üstə düşən tələbə klubları ilə ortaq proqramlar təşkil edir. İş Dünyasının (ayrı-ayrı şirkət və ya müəssisələrin) maraqlarını əks etdirən müxtəlif təyinatlı (elmi, sosial, iqtisadi, hüquqi, mədəniyyət və s.xarakterli) proqramların tələbə klubları ilə ortaq keçirilməsini təmin edir.

  • Karyera günləri

Tələbələrin elm, iş və siyasət dünyasının tanınmış şəxslərinin təcrübələrindən istifadə edə bilmələri, bununla yanaşı şirkət və ya müəssisələrin kadrların hazırlanması şöbələri ilə əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə tədris ilinin müvafiq zamanlarında uyğunlaşdırılmış Karyera günləri (seminar-konfranslar) təşkil edilir. Bu görüşlərin təşkili məsələlərində də (görüşün  plan-proqramının hazırlanması, görüşün ümumi təşkili, mətbuatla əlaqələri və s. və) planlı şəkildə tələbələrdən istifadə edilir.

  • İstehsalat və pedoqoji təcrübə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativlərinə uyğun olaraq, tələbələrin istehsalat və ya pedoqoji təcrübələri təşkil edilir. Bu işin təşkili üçün Təcrübə İzləmə Komissiyasının işləyişini təmin edir. Təcrübənin keçirildiyi müəssisə və ya şirkətlərin təyin edilməsində mühüm rol alır. Təcrübə əsnasında tələbələrin part-taim işlə təmin olunmasını dəstək verir.Təcrübə keçirilən şirkət və ya müəssisələrlə əlaqələri inkişaf etdirir.



  • Fərdi şəkildə karyer planlama

Tələbələrə yanaşmanının fərdi şəkildə baş tutan formasıdır. Burada hər bir tələbənin seçdiyi ixtisas sahəsinə uyğun olaraq müəyyənləşdirdiyi hədəfləri onun maraq və xarakterinə uyğun şəkildə qiymətləndirilir. Bu dəyərləndirmədə istəkli tələbələrə Kayera Testi də tətbiq oluna bilər. Yuxarı kurs tələbələri ilə əlaqənin gücləndirilməsi məqsədi ilə, həmin tələbələrin qrup (sinif) kuratorlarının dəstəyinə əhaəmiyyət verilir.


  • Xüsusi istedadlı tələbə qrupları

Hər ixtisas üzrə xüsusi qabiliyyətli, həmçinin çalışqan tələbələr müəyyən edilərək, mövcud potensialın daha səmərəli dəyərləndirilməsi üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Bununla yanaşı, kurslar, yay məktəbləri, qış məktəbləri kimi əlavə imkanlarla  zəif tələbələrin zviyyəsinin yüksəldilməsi təmin edilir.

 

  • İşə müraciət formaları haqqında məlumatlandırma

Tələbələr tərdis müddətində xüsusi təyin olunmuş seminarlarda CV hazırlama və işə müracət qaydaları haqqında maarifləndirlirlər. Ehtiyac olduğu təqdirdə bu cür məlumatlar KPM-də fərdi şəkildə də verilə bilər. Maarifləndirmə prosesində nümunələrdən əyani şəkildə istifadə edilir. Tələbələr tərəfindən hazırlanmış ilkin CV və ya digər işə müraciət formaları yoxlanılaraq dəyərləndirlir. Lazım gəldiyi təqdirdə əlavə məlumatlar da verilir.

 

  • Kadr seçimi imtahanlarının təşkili

İşə götürən tərəflərə kadr seçimində şəfaf imkanlar verilir. Bunun üçün işə götürən tərəfin istəyinə uyğun olaraq imtahanların və müsabiqələrin təşkili təmin edilir.

 

  • Xaricdə təhsil haqqında məlumatlandırma

Yay məktəbləri, xarici ölkələrdə qrup halında gəzintilərin təşkili, xaricdə təcrübə, xaricdə iş, təhsilin xaricdə davam etdirilməsi və s. kimi imkanlar haqqında məlumatlandırma, eləcə də bu işlə məşğul olan müxtəlif firmalarla əlaqələndirmənin təşkilində tələblərə tələbələrə dəstək verilir.

 

  • Könüllü Karyera Proqramı

Təhsillərinə davam edərkən könüllü olaraq işləmək istəyən tələbələrimizin müəyyən yoxalamadan və görüşlərdən sonra, perspektivli layihələrdə iştirak etməklə iş dünyasının tələblərinə praktik olaraq yiyələnmələrini təmin edir.

 

  • Məzuniyyət ərəfəsində oaln tələbələrin seçilməsi və işlə təminat prosesi

 Davamlı olaraq müxtəlif vasitələrlə (“İş Dünyası” bülleteni vasitəsilə, e-mail qrup elanı ilə, Məzun Koordinasiya Şöbəsinin məzunlarla əlaqələrindən faydalanaraq, birbaşa məlumat verməklə, qrup kuratoru və ya müvafiq kafedranın əməkdaşlarının (varsa) əlaqələrindan faydalanaraq, panolarda verilən elanlar vasitəsilə və s.) CV portallarından müəyyən olunmuş etdiyi uyğun iş pozisyonlarını müvafiq məzunlara bildirir və lazım gəldiyi təqdirdə həmin iş yerlərinin idarəçiləri görüşərək, məzunların işlə təmin olunmalarında önəmli rol alır.

 

  • Əmək yarmarkası

Hər tədris ilində ən azı bir dəfə olmaqla şirkət və müəssisələrin iştirakı ilə Əmək yarmarkası təşkil edilir. Bundan başqa Universitetdən kənarda keçirilən Əmək yarmarkalarında yaxından iştirak edilir.

  • Elan panoları

Mərkəzin əsas panoları, ehtiyac olduğu zaman bütün fakültələrin elan panoları, universitetin elan monitoru və s. imkanlar vasitəsilə istər təcrübə yerlərinin öyrənilməsi, istərsə də iş yerləri haqqında, eləcə də karyera planlamada müxtəlif sahələri əks etdirən (tələbə təqaüdləri, həvəsləndirici təşviqlər və s.) məlumatların davamlı verilməsində xüsusi əhəmiyyət kəsb edir.

  •  Hazırlıq kursları

CİSCO

TOEFL

Məntiq

Xarici dil

Kompyuter...