2015 – 2016 TƏDRİS İLİ YAY MƏKTƏBİ

Yay məktəbinin başlanma tarixi

04 İyul 2016

Yay məktəbində açılacaq dərslərin fakültələr tərəfindən elan edilməsi (son tarix)

25 May 2016

Yay məktəbinə dərs qeydiyyatı (son tarix)

27 İyun 2016- 05 İyul 2016

 

YAY SEMESTRİNİN TƏŞKİLİ

1)     Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:

(a)    akademik borcların ləğv edilməsi;

(b)   fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;

(c)    müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;

(d)   ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.

2)     Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir.  İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.

3)     Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

4)     Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa çatdırılır.

5)     Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.

6)     Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.

7)     Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.

 

YAY MƏKTƏBİ ÖDƏNİŞİ

 

1) Azərbaycan dilində keçirilən dərslər üçün lokal kredit qiyməti - 70 AZN,

    İngilis dilində keçirilən dərslər üçün lokal kredit qiyməti - 90 AZN,

 

    Nümunə: Bİ 101 - Biznesin əsasları Lokal kredit 3, AKTS 6 olan azərbaycan dilində olan dərsdir. Bu dərs üçün yay məktəbi ödənişi      3*70=210 AZN şəklində hesablanacaqdır.