"Sosial layihələrin keşmə-keşli yolları" adlı seminar keçirildi.

"Sosial layihələrin keşmə-keşli yolları" adlı seminar keçirildi.


, views - 257 times

Qutexnoparkın həyata keçirdiyi "Təşəbbüskarlıq seminarları" layihəsi əsasında növbəti görüş keçirildi.

            Bu dəfə təşəbbüskar gənclərlə görüşə ukraynalı mütəxəssis Yevgen Artamonov dəvət edilmişdi.

            Əsasən sonuncu kurs tələbələrinin və startap layihələrdə fəaliyyət göstərən gənclərin  iştirak etdiyi görüşdə aşağıdakı məqamlar təqdim edildi:

      Sosial sferada işlərin spesifikası həllərinin yaradılması

      Bu sferanın seçilməsinin səbələri

      Şəxsi motivlərin formalaşmasının xüsusiyyətləri

      Yeni səviyyəyə çıxış

            Qeyd edək ki, Yevqen Artamonov "BioniX Tech, Inc." şirkətinin texniki direktoru olmağından əlavə, Ukrayna Dövlət Aviasiya İnstitununun dosenti və bir sıra elmiş işlərin müəllifidir.

            Xatırladaq ki, "Təşəbbüskarlıq seminarları" sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu baxımdan, universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, təşəbbüskar gənclər və iş dünyasının təcrübəli şəxsləri arasında ortaq seminar və müzakirələr təmin olunur.

            Ayda bir neçə dəfə keçirilən seminar və ya görüşlər gənclər arasında təşəbbüskarlığın inkişafına zəmin verir.  Bu seminarlarda iştirak ödənişsiz olmaqla yanaşı, seminarlar  hər kəsə açıqdır.

Other news of this section