Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək 300 tələbə ilə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək 300 tələbə ilə görüşdü


, views - 440 times

Qafqaz Universitetinin  rektoru, professor Havar Məmmədov  universitetin  akt zalında bu il pedaqoji  fakultədən məzun olacaq  və eyni zamanda  Bakı və Abşeron ərazisində yerləşən məktəblərdə pedaqoji  təcürbə   keçəcək 300 -ə yaxın tələbə ilə  görüşdü.

     Görüş zamanı çıxış edən professor Havar Məmmədov  nitqində professor müəllim tələbə  heyətinə, ulu  öndər Heydər Əliyevin müəllim haqında  söylədiyi gözəl kəlamları xatırlatdı . Ulu öndər deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olma-yaraq, bütün nailiyyətlərimizə görə , müəllimə borcluyuq.”

Rektor, çıxışında  öz həyatında yaşadığı tələbəlik illərindəki təcürbə keçdiyi günlərdən, dövlətimizin ölkəmizdə təhsil sahəsindəki  apardığı  pedaqoji təhsil islahatların aparılmasından,   pedaqoji fəaliyyət  strategiyasından, müəllim mənəviyyatından, müəllimin cəmiyyətdə nümunəvi  şəxsiyyət kimi    seçilməsindən bəhs etdi. Rektor bu il məzun olub pedaqoji fəaliyyətlə məşğul olacaq tələbələrə üzünü tutaraq,  “Müəllim necə olmalıdır ?” sualının cavabını təcürbəli pedaqoq kimi, uzun illər ömrünü təhsil sahəsinə həsr edən şəxs kimi gənc pedaqoqlara  məsləhətlər  verdi .

      Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllim uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki, onları bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedaqogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır.

      Daha sonra söz alan universitetin Pedaqoji kafedrasının müəllimi, Azərbaycan Respublikası təhsil şurasının sədri  Əməkdar  elm xadimi  professor Əjdər Ağayev gənc məzun olacaq tələbələrə belə xitab elədi: “Sizlər artıq müəllimsiniz. Əziz  gənc  müəllimlər pedaqoji fəaliyyətiniz dövründə calışın müəllim adını, şərəfini uca tutun. 

Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Bu yolda gənc pedaqoqlara uğurlar arzulayıram.

Daha sonra söz universitetin psixoloqu Hüseyin Xəlilova verildi. Psixoloq çıxışında tələbələrə təcürbə keçmələri üçün uğurlar arzuladı. H.Xəlilov, psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim tələbələrlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Psixologiya  sahəsi müəllimin ən yaxın dostu olmalıdır. Bu sahəni bilməyən müəllim öyrəncilərə zəngin bilik vermək qabiliyyətində ola bilməz. İdarəedicilik və təşkilatçılıq psixologiya müəllim üçün vacib olmalı sahələrdən  biridir.  Tədbirin  sonunda “Təcrübə vaxtı nələrə diqqət olunacaq”, “Necə dərs deyilməlidir” mövzusunda təcürbəli müəllimlərin çıxışları ilə sona çatdı.

http://shefeq.az/oxucular/857-qafqaz-universitetinin-rektoru-tecurbe-kececek-300-telebe-ile-grushdu.

Other news of this section