Sevdiyin kitabı hər kəsə sevdir

Sevdiyin kitabı hər kəsə sevdir


, views - 465 times

Qafqaz Universiteti Kitab Klubunun təşkilatçılığı ilə "Sevdiyin kitabı hər kəsə sevdir" adlı kitab müsabiqəsi keçirilib.  Tədbirdə açılış nitqilə çıxış edən Kitab klubunun rəhbəri Hökumə Niftullayeva tədbir haqqında iştirakçılara məlumat verib. O deyib: “Fəaliyyətimiz dövründə bir neçə layihələrə imza atmışıq. Həyata  keçirdiyimiz  "Sevdiyin kitabı hər kəsə sevdir"  layihəsi də tələbələrimizin böyük marağına səbəb olub”. Müsabiqənin məqsədi bir neçə dəyərli kitabla tələbələri tanış etmək və tələbələrdə kitaba olan marağı  artırmaq,  oxuduqları kitablara özlərinə xas yanaşma tərzləri ilə digər tələbələrdə də böyük maraq yaratmaqdır.  Müsabiqədə mübarizə aparan 11 iştirakçıdan  5-i finala vəsiqə qazanıb. Finala qalan iştirakçılar öz sevimli kitabları haqqında təqdimat nümayiş etdiriblər. Müsabiqədə münsiflər heyətində əyləşmiş tanınmış jurnalist, Azərbaycanın əməkdar artisti Rafiq Həşimov, tanınmış gənc yazıçı Mirmehdi Ağaoğlu və Qafqaz Universitetinin müəllimi Ülvi Babasoy iştirakçıların bacarıqlarını qiymətləndiriblər. Sonda birinci, ikinci və üçüncü yerləri tutan tələbələrə qiymətli hədiyyələr və kitablar təqdim olunub.

 

Other news of this section